Dünya

ÜST koronavirusu pandemiya elan edib

11 Mart 2020 21:30
2 Şərh     Baxış: 2 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) yeni tip koronavirusu pandemiya elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

"Koronavirus COVİD-19-un pandemiya olaraq dəyərləndirmək qənaətinə gəldik", - baş katib deyib. O xatırladıb ki, xəstəlik hazırda 114 ölkədə mövcuddur.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.