Dünya

Koronavirusla əlaqədar Türkiyədə təhsilə fasilə verilməsi məsələsi müzakirə olunacaq

11 Mart 2020 22:49
0 Şərh     Baxış: 1 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkədə ilk koronavirusa (COVİD-19) yoluxma hadisəsi ilə əlaqədar bütün təhsil müəssisələrində təhsilə fasilə verilib-verilməyəcəyi ilə bağlı ortaq açıqlama olacağını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şuranın koronavirusla bağlı bugünkü iclasında Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy və Ticarət naziri Ruhsar Pekcanla yanaşı, Milli Təhsil naziri Ziya Selçukun da iştirakı gözlənilir.

İclasdan sonra mediaya açıqlama veriləcək.

Qeyd edək ki, İstanbulun iki özəl universitetində artıq tətil elan olunub. Bu universitetlərdən birində təhsil müvəqqəti olaraq onlayn sistemlə aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.