Dünya

Gürcüstanda nazir müavini koronavirusa yoluxdu

11 Mart 2020 14:01
0 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxduğu məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı nazirliyinin Feysbuk hesabında açıqlama verilib. Onun koronavirusa yoluxduğu ikinci testdən sonra məlum olub.

Hazırda Yuri Nozadzenin karantinə alındığı və həkim nəzarətində olduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Gennadi Arveladze və Parlamentin Kənd Təsərrüfatı Məsələləri Komitəsinin sədri Otar Danelia koronavirus səbəbi ilə özlərini təcrid etdiklərini elan etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.