Koronavirus təhlükəsi ilə bağlı Qırğızıstanda Novruz bayramı münasibətilə keçiriləcək kütləvi tədbirlər təxirə salınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl ölkədə kütləvi idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmuşdu.
Ölkədə həmçinin müxtəlif konsertlərin, forum, seminar, dəyirmi masaların, teatr tamaşalarının keçirilməsi də müvəqqəti dayandırılıb.
Milli.Az