Qırğızıstanda Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər təxirə salınıb

11 Mart 2020 21:35

Koronavirus təhlükəsi ilə bağlı Qırğızıstanda Novruz bayramı münasibətilə keçiriləcək kütləvi tədbirlər təxirə salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl ölkədə kütləvi idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmuşdu.

Ölkədə həmçinin müxtəlif konsertlərin, forum, seminar, dəyirmi masaların, teatr tamaşalarının keçirilməsi də müvəqqəti dayandırılıb.

Milli.Az