Dünya

İtaliyada koronavirusdan ölənlərin sayı 463-ə çatdı

10 Mart 2020 08:58
0 Şərh     Baxış: 988
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyada koronavirusdan ölənlərin sayı artıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dünən daha 97 nəfər bu virusdan dünyasını dəyişib və koronavirus qurbanlarının sayı 463-ə çatıb.

Ümumilikdə isə ölkədə 9 172 koronavirus xəstəsi var. Onlardan cəmi 724 nəfəri sağalıb.

Koronavirus təhlükəsi yerli həbsxanalara da təsir edib. Ötən həftə Modenada yerləşən həbsxanada qiyam baş verib və insident nəticəsində 6 məhkum ölüb. Paytaxt Romadakı Rebibbia həbsxanası başda olmaqla, ölkənin 27 cəzaçəkmə müəssisəsində qiyam baş verib. Təkcə Foggia şəhərində 50 məhkum həbsdən qaçıb. Onlardan yalnız 30-u saxlanılıb, digərlərinin axtarışı isə davam etdirilir.

Qeyd edək ki, İtaliya hazırda Çindən sonra koronavirusun ən çox yayıldığı ikinci ölkədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.