Dünya

Qaninin inauqurasiyası zamanı 2 raket düşdü, yaralılar var

9 Mart 2020 17:58
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kabilin mərkəzində Əfqanıstan Prezidenti Əşrəf Qaninin inauqurasiyası zamanı iki raket düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident nəticəsində iki nəfər xəsarət alıb.

"Raketlərdən biri parkın, digəri Serena hotelinin yaxınlığında düşüb, iki nəfər yaralanıb", - agentliyin həmsöhbəti qeyd edib.

"ToloNews" telekanalının məlumatına görə, Qani şəxsən özü qonaqları mərasimi saxlatdırmamağa çağırıb.

"Bir və ya iki partlayışdan qorxmayın, öz yerlərinizdə qalın", - Qani xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.