Dünya

Tu-142-lər Britaniya sərhədində: Qırıcılar qaldırıldı

8 Mart 2020 12:39
0 Şərh     Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Tayfun" qırıcıları ölkənin maraq dairəsi zonasına daxil olan Rusiyanın Tu-142 təyyarələrini müşayiət etmək məqsədilə havaya qaldırılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri rəsmi açıqlama yayıb.

"Hər an uçuşa hazır vəziyyətdə olan "Tayfun" qırıcıları Lossimut və Koninqsbikəki bazalardan havaya qaldırlıb. Bu, Britaniya hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə bir cavab addımı idi", - məlumatda qeyd olunub.

Lossimut bazasının Tvitter səhifəsində Rusiya təyyarələrinin Britaniya hava məkanını pozmadığı bildirilib.

"Skay Nyus" kanalı isə Britaniyanın iki rus təyyarəsinə görə 6 "Tayfun" və 1 "Voyager" yanacaqdaşıyan təyyarələrinin qaldırıldığını yazıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.