Dünya

Səslərin zərərli təsirləri nəticəsində hər il 12 min insan dünyasını dəyişir

6 Mart 2020 22:44
0 Şərh     Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada 113 milyon insan davamlı olaraq avtomobillərin, 22 milyon insan qatarların, 4 milyon insan təyyarə və digər hava nəqliyyatının səbəb olduğu səslərdən və 1 milyon insan isə sənaye istehsalı zamanı meydana çıxan səslərdən əziyyət çəkir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qeyd edilən səslər insanlarda ciddi sağlamlıq probleminin meydana çıxmasına gətirib çıxarır. Hesablamalara görə, qitənin 22 milyon əhalisi nəqliyyatın gurultu təsirinə davamlı olaraq məruz qalır, 6,5 milyon sakini isə sağlamlığa zərər yetirən səslərə məruz qaldıqları üçün yuxusuzluqdan əziyyət çəkir. Ümumilikdə Avropada bu səslərin zərərli təsirlərinin nəticəsi olaraq 12 min insan hər il vaxtından əvvəl dünyasını dəyişir.

Avropa Ətraf Mühit Agentliyi 2014-cü ildən bəri insan sağlamlığına zərərli olan səsləri azaltmağa çalışsa da bu istiqamətdə hər hansı uğur əldə etmək mümkün olmayıb. Əksinə, araşdırmalar göstərir ki, qeyd edilən problem gələcəkdə daha da kəskinləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.