Dünya

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

6 Mart 2020 12:21
0 Şərh     Baxış: 2 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son 24 saat ərzində Bosniya və Herseqovina, Cəbəli-Tariq, Macarıstan, Sloveniya, işğal olunmuş Fələstin ərazilərində koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Belə ki, dünya üzrə 2241-i yeni olmaqla ümumilikdə 95 333 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 565 minə çatıb. Həmçinin burada 3015 ölüm qeydə alınıb. Onlardan 31-i son 24 saat içində ölənlərdir.

Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 85 ölkə/ərazi üzrə 14 768 nəfərdir. Onların içərisində yoluxan 267 şəxs artıq ölüb.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.