Dünya

İki aylıq körpənin şübhəli ölümü: 19 yaşlı ana ömürlük həbs edildi

5 Mart 2020 13:59
2 Şərh     Baxış: 2 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bursa şəhərində övladları - iki aylıq Sevilay adlı körpənin ölümünə səbəb olduqları iddiası ilə keçirilən məhkəmədə ana Aliye.B (19 yaş) ömürlük, ata Şeref B. (34) isə 16 il səkkiz ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında iki aylıq Sevilay B. Bursada yerləşən Uludağ Üniversitetinin Tibb Fakultəsi Universitetinə qusmaq şikayəti ilə çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkimlər uşağın bədənində göyərmələr aşkar ediblər. Bundan sonra polis araşdırma başlayıb və istintaq çərçivəsində ana Aliye.B həbs olunub.

"Hadisədən iki-üç gün əvvəl yuxulu vəziyyətdə olanda Sevilayın başı yatağın sərt hissəsinə dəydi. Hadisədən əvvəlki gecə həyat yoldaşımla mübahisə edirdik. Məni vurmaq istəyəndə yumruq uşağın qarnına dəydi. Uşağın başı yenə yatağa dəydi və yerə düşdü. Uşağı qucağıma aldıqdan sonra həyat yoldaşım yenə mənə yumruq vurmaq istədi. Həmin vaxt uşağım yerə üzü üstə düşdü", - deyə həbs edilən ana Aliye.B bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.