İran Təcili Yardım Xidmətinin başçısı Pirhoseyn Kulivənd də koronavirusa yoluxub. Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda ölkədə təcili yardımına cavabdeh şəxs müvafiq müalicəni keçir. Məlumata görə, o özünü normal hesab edir.
Qeyd edək ki, son məlumata görə, İranda koronavirusa yoluxanların sayı 2000 nəfərə çatır, ölənlərin sayı isə 77 nəfər olub.
Xatırladaq ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 3 mindən çox nəfər ölüb.
Milli.Az