Dünya

İranda koronavirusdan ölənlərin sayı artıb

3 Mart 2020 14:56
0 Şərh     Baxış: 3 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 77 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Әlirza Rәisi deyib. 

Ә.Rәisinin sözlərinə görə, ötən sutka ərzində 11 nəfər dünyasını dəyişib.

Rәisi әlavә edib ki, ötәn sutkada 835 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb və ümumilikdə 2 336 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi bugünədək xəstəxanalara 7,28 min nəfərin müraciət etdiyini, 4,312 nəfərin şübhəli olduğunu deyib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin dünyasını dəyişdiyini, 291 nəfərin sağaldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.