Dünya

ÜST: Çində koronavirusa yoluxma halları azalıb

3 Mart 2020 11:25
0 Şərh     Baxış: 1 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində Covid-19 koronavirusuna yoluxma hallarında azalma qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ötən gün Çində 206 yoluxma halı qeydə alınıb ki, bu da yanvarın 22-dən bəri ən aşağı göstəricidir.

Çindən kənarda virus 61 ölkədə qeydə alınıb. Son məlumatlara əsasən, virusa 8739 nəfər yoluxub, onlardan 127 nəfəri həyatını itirib.

Baş direktor bildirib ki, Cənubi Koreya, İtaliya, İran və Yaponiya əsas narahatlıq mənbəyidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.