Dünya

Türkiyənin Müdafiə Naziri: "Bahar Qalxanı Əməliyyatı çərçivəsində 2557 rejim ünsürü zərərsizləşdirilib"

2 Mart 2020 18:44
0 Şərh     Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Müdafiə naziri Hulusi Akar "Bahar Qalxanı" əməliyyatı çərçivəsində bu günə qədər 2 döyüş təyyarəsi, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi və 2557 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Müdafiə naziri "Bahar Qalxanı" əməliyyatının planlaşdırıldığı şəkildə müvəffəqiyyətlə davam etdirildiyini, Türk Silahlı Qüvvələri tərəfindən bütün hücumlara misliylə şiddətli və sarsılmaz bir şəkildə cavab verildiyini qeyd edib.

Hulusi Akar "Ölkəmizin və nəcib millətimizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi və qəhrəman qazilərimizi hörmətlə yad edir, həyatda olan qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə, nəcib və vəfalı millətimizə hörmət və minnətdarlığımı bildirirəm. İdlib başda olmaqla quruda, dənizdə və havada, ölkə daxilində və sərhədlərindən kənarda çətin hava və ərazi şəraitlərində nəcib millətimizin sevgisi, inamı və dualarından aldığı ilhamla vəzifələrini qəhrəmanlıq və fədakarlıqla yerinə yetirən qəhrəman silahdaşlarımıza can sağlığı, qəzasız, bəlasız, xeyirli və uğurlu vəzifələr diləyirik" deyə, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.