Dünya

Bu ölkədə güclü zəlzələ baş verib

2 Mart 2020 08:55
0 Şərh     Baxış: 1 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippinin şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 5:19-da qeydə alınıb. Zəlzələnin episentri Leyte vilayətinin Kapukan bələdiyyəsindən 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə olub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin maqnitudası 5,5 təşkil edib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.