Dünya

Tədqiqatçılar yeni növ koronavirusu xəstələrin göz yaşlarında və gözdən gələn selikli ifrazatda aşkarlayıblar

29 Fevral 2020 21:45
0 Şərh     Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinli tədqiqatçılar yeni növ koronavirusu xəstənin göz yaşlarında və gözdən gələn selikli ifrazatda aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çjetszyan Universitetinin Tibb İnstitutu nəzdindəki birinci xəstəxanadan olan tədqiqatçılar qrupu xəstəxanada yanvarın 26-dan fevralın 9-dək olan dövrdə yeni koronavirusun təsdiqləndiyi 30 pasiyentdən götürülən nümunələrin tədqiqini aparıb.

Təhlil nümunələri arasında konyunktivit xəstəliyi olan pasiyentlərin birindən götürülmüş iki selikli ifrazat və göz yaşı nümunəsində yeni virusun mövcudluğu müşahidə edilib. Bununla yanaşı, digər pasiyentlərdən götürülmüş daha 58 nümunədə virusun yoxluğu aşkar olunub.

Xəstəxananın direktorunun müavini Şen Ye qeyd edib ki, virusəleyhinə müalicə sayəsində bu pasiyentdə konyunktivitin kəskinliyi azalıb və onun gözləri koronavirusun olmadığını göstərib.

Şen Yenin sözlərinə görə, tədqiqatın müəllifləri hesab edirlər ki, koronavirusun gözlər vasitəsilə ötürülməsi riski də mövcuddur, yəni hava-damcı yolu xəstəliyin yeganə ötürülmə yolu olmaya bilər. Bundan başqa, Şen Ye, həmçinin xatırladıb ki, koronavirusa yoluxma şübhəsi olan vətəndaşları müayinə edərkən tibbi heyət təkcə maska deyil, həm də qoruyucu eynəklər taxmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.