Dünya

İranda koronavirusa görə universitetlәrdә dәrslәr dayandırıldı

27 Fevral 2020 19:41
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni koronavirusla mübarizә mәqsәdilә 23 vilayәtdә universitetlәrdә dәrslәr 7 martadәk dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İran prezidenti Hәsәn Ruhani Koronavirusla Mübarizә Komitәsinin bununla әlaqәdar qәrarını tәsdiqlәyib.

Qәrara әsasәn, universitet işçilәri vә müәllimlәrin işi davam edәcәk.
Qәrarda hәmçinin virus yayılan vilayәtlәrdә orta mәktәblәr 3 gün müddәtinә fәaliyyәtini dayandıracaq.

Qәrarda ziyarәt mәkanlarına gediş-gәlişin mәhdudlaşdırılması vә lazımi tәdbirlәrlә hәyata keçirilmәsi vurğulanıb.

Qәrarda qeyd olunur ki, yoluxma halı qeydә alınan vilayәtlәrin giriş-çıxışlarında yoxlama mәntәqәlәri yaradılıb.

Qәrara әsasәn, 6 martadәk bütün mәdәni tәdbirlәr, kinoteatrlar vә konsertlәr lәğv olunur vә idman yarışları azarkeş olmadan keçirilәcәk.

İranda koronavirusa görә, 23 vilayәtdә cümә namazı mәrasimi keçirilmәyәcәk.

Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 26 nәfәrin öldüyünü vә 245 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. Virus İranın 31 vilayәtinin 23-ә yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.