Dünya

Yunan adalarında fövqəladə vəziyyət

26 Fevral 2020 21:51
1 Şərh     Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Lesbos və Xios adalarında polislə etirazçılar arasında münaqişələr səngimir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, etirazçılar adalarda miqrantlar üçün qapalı tipli düşərgələrin inşa edilməsinə sərt şəkildə qarşı çıxırlar. Lesbos adasında baş verənləri "partizan müharibəsi" də adlandırırlar.

Adaların hökumət nümayəndələri düşərgələrin məhz sakinlərin təhlükəsizliyi, koronavirusa yoxluxmamaları üçün inşa olunduğunu bəyan etsələr də, yerli sakinlər buna kəskin reaksiya verir, bəzi yerlərdə polisə qarşı zorakılıq edirlər. Artıq adalara xüsusi təyinatlı polis dəstələri göndərilib.

Qeyd edək ki, ötən gün sözügedən adalarda polislə yerli sakinlər arasında qarşıdurma yaşandığı barədə məlumat vermişdik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.