Dünya

ABŞ Türkiyəyə “Patriot” verəcəkmi? - Ərdoğan nöqtə qoydu

26 Fevral 2020 20:49
0 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın bizə verəcək "Patriot"u yoxdur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən deyib.

"ABŞ Prezidenti Donald Trampla görüşəndə ABŞ-ın Türkiyəyə dəstək verəcəyini bildirdi. Ancaq indi hər hansı dəstəkdən söhbət gedə bilməz. Görünən odur ki, bu aralar cənab Trampla yenidən əlaqə saxlamalı olacağam. Açıq şəkildə deyirəm ki, ABŞ-ın bizə verəcəyi "Patriot" sistemləri yoxdur.

Hazırda bizim əlimizdə sadəcə İspaniya istehsalı "Patriot" sistemləri mövcuddur", - Ərdoğan bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın "Patriot" sistemlərini Türkiyədəki İncirlik bazasına göndərdiyi haqda məlumat yayılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.