Dünya

Gürcüstanda koronavirusun yayılması riski artıb

26 Fevral 2020 22:06
0 Şərh     Baxış: 2 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirusun yayılması riski artıb. Ölkənin Səhiyyə Nazirliyi epidemiyaya hazırlıq rejiminə keçir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımı tədbirlər görülüb: "Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlər də görülüb. Lakin biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik", - deyə, nazir vurğulayıb.

Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı rəsmi heç bir hal qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.