Dünya

İranda koronavirusla əlaqədar 24 nəfər saxlanılıb

26 Fevral 2020 18:39
2 Şərh     Baxış: 1 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda sosial şəbəkələrdə koronavirusla əlaqədar şayiələr yayan 24 nəfər saxlanılıb, 118 nəfərə isə xəbərdarlıq olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın kiber polisinin rəisi Vəhid Məcid deyib.

V.Məcidin sözlərinə görə, koronavirusla əlaqədar sosial şəbəkələrdə şayiələr yayanlarla mübarizə adı altında işçi qrupu yaradılıb.

O, əlavə edib ki, həmin şəxslər ictimaiyyətdə təşviş yaratmaqla məşğul olublar.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 139 nəfərin yeni koronavirusa yoluxduğunu, 19 nəfərin isə bu virus nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.