Dünya

Yeməyin dadı xoşuna gəlmədiyi üçün arvadının qabırğalarını sındırdı

24 Fevral 2020 14:08
7 Şərh     Baxış: 3 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi dadsız axşam yeməyinə görə arvadının qabırğalarını sındırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Voronej vilayətində qeydə alınıb.

Məlumata görə, 42 yaşlı qadın vətəndaş nikahında olduğu ərinə yemək hazırlayıb, amma yeməyin dadı caninin xoşuna gəlməyib. Bu səbəbdən kişi arvadını ayaqları ilə təpikləyib, divandan qopardığı taxta parçası və kəmərlə qəddarcasına döyüb. Qabırğaları sınan qadın xəstəxanaya yerləşdirilib.

Əvvəllər qətl, adam döymə və silah-sursat saxlamaqla əlaqədar həbsdə yatan 53 yaşlı yerli sakin isə bu hadisə ilə əlaqədar üç il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.