Dünya

Tramp keçmiş müşavirini “satqın” adlandırdı

23 Fevral 2020 15:08
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu "satqın" adlandırıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, "The Washington Post" xəbər verir ki, ölkə başçısı Boltonun kitabının nəşrinə icazə verilməməsi üçün çağırış edib.

Tramp hesab edir ki, kitabda Ağ Ev ekspertləri tərəfindən aparılmış araşdırmanın nəticələri ilə bağlı gizli məlumatlar var.

Mütəxəssislər kitabdakı bəzi informasiyaların "tam məxfi səviyyədə" olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Con Bolton 2019-cu ilin oktyabrında milli təhlükəsizlik müşaviri olaraq gördüyü işlər haqqında kitab yazmaq istədiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.