Dünya

Braziliyada polislərin etiraz aksiyaları davam edir

22 Fevral 2020 21:33
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın şimal-şərqindəki Seara əyalətində 18 fevralda başlayan polislərin etiraz aksiyaları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayətkarlar aksiyaların yalnız ilk iki günündə 50-dən çox qətl törədiblər.

Braziliya qanunlarına görə təhlükəsizlik qüvvələrinin - hərbi və polisin tətil etmək hüququ yoxdur. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları maaşların artırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra bu addımı atmaq qərarına gəliblər.

Bildirilir ki, senator Sid Qomez tətilçilərlə toqquşma zamanı xəsarət alıb. Bundan sonra Seara qubernatoru federal hakimiyətdən əyalətə hərbçiləri göndərməyi istəyib. Bu gün bölgəyə 2500 nəfərdən ibarət hərbi kontingent daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.