Dünya

11 yaşlı uşağı diri-diri basdırdı

22 Fevral 2020 14:44
0 Şərh     Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 yaşlı uşağı öldürmək istəyən yeniyetmə onu diri-diri qarda basdırıb. Hadisə Rusiyanın Murmansk vilayətində baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadla xəbər yayıb.

Məlumata görə, 15 yaşlı yerli sakin uşağı döyüb, sonra onu boğmağa cəhd edib. Uşaq huşunu itirdikdən sonra isə yeniyetmə onun öldüyünü düşünüb və qarda basdırıb.

Zərərçəkən onu təsadüfən görən yerli sakinlər tərəfindən xilas edilib. Uşaq dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Yeniyetmə saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.