Dünya

Çinlilər ukraynalıların hərəkətindən heyrətə düşüb

22 Fevral 2020 11:59
0 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uhandan Ukraynanın Poltava əyalətinə ukraynalıların təxliyyəsi zamanı yerli sakinlərin etirazları çinliləri heyrətləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu məsələ aktiv müzakirə olunub. Onlar ukraynalıların bu təlaşını ağlasığmaz davranış adlandırıblar. Digərləri isə etiraz aksiyası iştirakçılarını qəddarlıqda ittiham ediblər.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də yerli sakinlərin etirazlarına qəzəbini ifadə edib. O, ölkə əhalisinə müraciətində sakinlərin avtobusa daş deyil, şərəf və ləyaqətlərinin qalıqlarını atdığını deyib.

Dövlət başçısı həmçinin, iğtişaşlarda günahkarların cəzalandırılacağına söz verib.

Xatırladaq ki, fevralın 20-də Çindən təxliyyə olunan ukraynalılar Poltavanın Novıye Sanjarı qəsəbəsində karantinə alınıb. Yerli sakinlər bunun qarşısını almağa çalışaraq yolları bağlayıb, polislə qarşıdurmaya çıxıblar və təxliyyə edilənlərin avtobusunu daşa basıblar.

İğtişaşlarla əlaqədar 20-dən çox adam saxlanılıb.

Ukraynada bir çoxları hadisəni qınayaraq, bu günü "milli rüsvayçılıq günü" adlandırıb. Sakinlər iddia edirlər ki, iğtişaşlar gəlmələr tərəfindən təşkil olunub. 

Qeyd edək ki, Lvov və Ternopil bölgələrində də barrikadalar qurulub, təxliyyə edilən ukraynalıların yerli xəstəxanalara yerləşdirilməsinə qarşı blok-postlar təşkil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.