Dünya

Çin koronovirusa tam qalib gələcəyi tarixi AÇIQLADI

21 Fevral 2020 14:41
3 Şərh     Baxış: 5 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin martın sonuna qədər bütün ölkə ərazisində koronavirusa qalib gələcək.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, bu açıqlamanı Çin Xalq Respublikasının Rusiyadakı səfiri Can Xanxuey verib.

"Biz bu virus üzərində tam qələbə qazana bilərik. Hubey əyalətindən başqa, virus digər bölgələrdə fevralın sonunadək ram ediləcək. Virusun mərkəzində isə növbəti ay koronovirusu tamamilə aradan qaldırmaq mümkündür".

Səfir əlavə edib ki, bu günə qədər 18 min xəstə hospitaldan buraxılıb:

"Mərkəzi bölgədən başqa bir çox əyalət və bölgələrdə 10 gündən çoxdur ki, yeni infeksiyaya tutulma qeydə alınmayıb. Hubey əyalətində, xüsusən Uhan şəhərində isə koronavirusa yoluxanların sayı azalmaqdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.