Dünya

Yeni ilbiz növünə Qreta Tunberqin adı verildi

21 Fevral 2020 18:39
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bruneydə alimlər yeni ilbiz növü aşkar edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni növə isveçli iqlim fəalı Qreta Tunberqin şərəfinə "Craspedotropis gretathunbergae" adı verilib.

Aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, sikloforidlər fəsiləsinə aid olan bu ilbiz quraqlığa, kəskin temperatur dəyişikliklərinə, eləcə də meşələrin kəsilməsinə qarşı həssasdır.

Alimlərin fikrincə, iqlim dəyişikliyi yeni aşkar olunan ilbiz növünə ciddi təsir göstərəcək. Məhz bu səbəbdən ilbizə isveçli yeniyetmənin adının verilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.