Dünya

Çində koronavirusa yoluxma hallarında azalma müşahidə edilir

20 Fevral 2020 21:16
0 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində 2000-dən çox insanın ölümü ilə nəticələnən yeni koronavirusa yoluxma hallarında azalma baş verib.

Ölkənin Milli Səhiyyə Komissiyası bildirib ki, çərşənbə günü COVID-19-a yalnız 394 insan yoluxub. Bu isə bir gün əvvəl qeydə alınan 1749 yoluxma halı ilə müqayisədə çox azdır. Ölüm halları 2118-ə, ümumi yoluxma halları isə 74576-ə çatıb.

Çin rəsmiləri yeni koronavirus ilk dəfə dekabr ayında Hubei vilayətində ortaya çıxandan bəri virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparır. Onlar vilayətə giriş-çıxışı qadağan edib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Çindən kənarda virusdan 11 nəfərin öldüyü bildirilir. Onlar arasında Cənubi Koreyada ölən bir nəfər, İranda iki nəfər və Diamond Princess kruiz gəmisinin sərnişini olan 80 yaşlarında bir cütlük var. Diamond Princess gəmisi fevralın 3-dən bəri Yaponiyanın liman şəhəri Yokohamada karantində saxlanılır. Gəmini Honq Konqda tərk edən sərnişində koronavrisun aşkarlanması səbəbilə Yaponiyanın səhiyyə rəsmiləri gəmini və onun 3700 sərnişin və ekipaj üzvlərini karantin altına alıb. Lakin virusun yayılmasınına qarşısını almaq səyləri əks təsir göstərib. Belə ki, 542 nəfər koronavirusa yoluxub.

Cümə axşamı gəmini 600-ə yaxın sərnişinin tərk edəcəyi gözlənilir. Bundan bir gün öncə isə test nəticələri mənfi çıxan və heç bir simptom sərgiləməyən 500 nəfər gəmini tərk edib.

Bu arada Yokohamadan evakuasiya edilən 150-dən çox avstraliyalı sərnişin cümə axşamı Darvinə gətirilib. Onlar dərhal 14 günlük karantinə alınıb. Kanberra Çinə səyahət edən xarici vətəndaşların Avstraliyaya səfərlərinə tətbiq etdiyi qadağanı fevralın 29-dək uzadıb.

Bazar ertəsi 300-ə yaxın amerikalı evakuasiya edilib və onlar da dərhal 14 günlük karantinə alınıb. Bir çox digər ölkə, o cümlədən Kanada və Honq Konq da vətəndaşlarını Yokohamadan evakuasiya etməyi planlaşdırır.

Təsidqlənmiş yoluxma hallarında azalmaya baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı insanları hələ də ehtiyatlı olmağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.