Dünya

Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO

20 Fevral 2020 14:37
12 Şərh     Baxış: 14 177

Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.

Status belədir:

"Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur".

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.

Əvəzində isə bu sözləri saxlayıb:

"Fakt fakt olaraq qalır".

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Çoxbilmiş · 20 Fevral 14:54200

    :)) Dil çaşar, düzünü deyər. Onsuz da Münhendə görüşdə bir biabır elədi özünü, bu isə biabırçılıq yoxe lap azından səfehlikdi). Qoy olsun. Allah ağıl verMƏsin!))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Fevral 16:30140

    Hardasa Düz deyir de .Bele dese daha düz olar ruslarla Əlbir olub elemisik.

    Cavab yaz
    • Anonim
      16:30 · 20 Fevral 20:2190

      esra ilk defedirki seninle raziyam.axirki sennen bir aqilli serh gördüy)))

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 20 Fevral 17:1050

    Paşinyan oturub qarabağda,fakt da budur,olan da.Gerisi sadəcə...

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 20 Fevral 18:0681

    Mən və əksəriyyət burda heç bir sensasionluq görmürük !Onu bir Paşinyan bilmirdi o da axırki bilib .366-nın əməyinin məhsulu ...

    Cavab yaz
  • Anonim
    Abbas · 20 Fevral 18:5650

    Guya teze nese deyib onu hami nikir ki qabaqda ruslar at arxada da ermeniler Mauqli cizgi filmindeki Serxan ve caqqal kimi

    Cavab yaz
  • Anonim
    &&& · 20 Fevral 20:2090

    Rus,fars ermeni bizim en qati duwmenlerimizdir.ras fars tarix boyu Azerbaycani capib talayib.

    Cavab yaz
  • Anonim
    Nando · 20 Fevral 21:5270

    Allah her ikisin belasin versin ele Ruslarin da ermenilerin de

    Cavab yaz
  • Anonim
    " · 20 Fevral 22:3170

    Get-gedə kələfin ucunu itirir.Siyasətçi olmaq nə selfi çəkmək deyil,nə də hər jurnalistin işi deyil.

    Cavab yaz
  • Anonim
    Oxucu · 21 Fevral 10:3670

    Ə bambılı, bəs o gün Mühhendə deyirdin ki Xocalıda qırğını azərbaycanlılar özləri törədib? Elə orda yaxşı cavabını alandan sonra indi valı dəyişdin. Düzdür, soyqırımda 366-cı alayın hərbi silah-sursatı, əsgəri iştirak edib, amma əhalimizə divan tutan, o dəhşətli işgəncələri verən, hamilə qadınları, uşaqları, qocaları doğrayan sizin oğ. köpəkləriniz olub! Sənin qanından olan erməni dığaları edib!

    Cavab yaz
  • Anonim
    mamuska · 21 Fevral 14:3410

    Pasinyan teleden qacmaq isteyen sican kimi vurnuxur.Amma ozunu daha da kunce soxur,getdikce halqa daralir.Onun bele status yazmagi bize xeyirdir- cunki bu statusla ruslari qiciqlandirib butun nezerleri bize teref yonlendirir.Artiq axir gunlerde hem rus,hem de fransiz ekspertlerinin yazilarini oxuyuram,onlarin ermeniler haqqindaki-yeni,mezlum,yaziq ermeni fikirleri artiq dagilir,bulud kimi eriyir.Demek olar ki,dunya ictimaiyyeti ayilmaga baslayib,ermenilerin yalanci,firildaqci,qesbkar,terrorcu olduqlarini tesdiq edirler.Butun bunlar ise biz AZERBAYCANLILAR ucun coxdan gozlenilen destek demekdir.Insaallah da ki,bir gun ermenilerin Qarabag ve onun etrafindaki rayonlarimizdan cixdiqlari gunu de gorerik.AMIN.

    Cavab yaz
  • Anonim
    Əlixan Yəhyaoğlu · 23 Fevral 18:2100

    Sərsəm, nə danışdığını bilməyən "adam" görmüşdüm, amma bu qədər ucuz, özünü ələ aldıran, acınacaqlı və gülünc vəziyyətə salanı görməmişdim.Türk KİŞİLƏRİ Paşinyan kimi "tüpürdüyünü yalamır" və dediyi sözün SAHİBİ olur. Siz ermənilərlə 366-cı alayın "qırıcı əsgərləri" Xocalı qətliyamı birlikdə törədibsiniz. Ermənilər də, rus alayın əsgərləri cani və qatildirlər. Sabah V.Putinlə üz-üzə gələndə görək bu "FAKTI" fakt kimi deyə və təsdiq edə biləcəkmi? Buna cürət, KİŞİ qeyrəti lazımdır. O da, Paşinyanda yoxdur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.