Dünya

Uşaqların gələcəyi təhlükə altındadır

20 Fevral 2020 08:13
0 Şərh     Baxış: 2 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya üzrə uşaqların və yeniyetmələrin rifahı "birbaşa təhlükə" altındadır və çox az ölkə onları qorumaq üçün lazım qədər səy göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT Britaniyanın "The Lancet" jurnalında dərc edilmiş geniş hesabatında xəbərdarlıq edib.

Hesabatda bildirilir ki, uşaqların gələcəyinə pis təsir edəcək amillərdən iqlim dəyişikliyi, bədxassəli yeməklər, qeyri-sağlam həyat tərzinin təbliğatı, çox sayda uşaqların ailələrinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması və əhali qrupları arasında artan sosial bərabərsizlik kimi elementlər vurğulanır.

Hesabatı Ümum Dünya Səhiyyə Təşkilatı və UNİSEF-in müraciəti ilə dünyanın 40 müstəqil mütəxəssisi hazırlayıb.

Hesabata görə, keçən on ildə qanlı münaqişələrə qarışan ölkələrin sayı son 30 il ərzində rekord həddə çatıb. Böhran bölgələrində yetkinlik yaşına çatmayanların vəziyyətinin kəskin şəkildə pisləşdiyini qeyd edərək UNİCEF, 2010-cu ildən bəri uşaqlara qarşı zorakılıq hadisələrinin üç dəfə artdığını və 170 minədək rəsmi qeydə alınmış hala çatdığını bildirir.

Bu halların sayının ən çoxunun 2018-ci ildə - 24 min baş verdiyi deyilir. Mütəxəssislər ancaq rəsmi statistika ilə işlədiklərini və çox sayda cinayətlərin qeydə alınmamasını xatırladırlar.

Qeyd edək ki, 2010-cu ildən indiyədək uşaqların ölümü və xəsarətlər almalarının yarısı hava hücumları və piyada əleyhinə minaların partlaması ilə əlaqədardır.

Mütəxəssislər tərəfindən tərtib edilən hesabatda uşaqların ən çox risk altında olduğu ölkələrin siyahısında Suriya, Yəmən və Əfqanıstan liderdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.