Dünya

Rusiyalı nazirin olduğu təyyarə təcili eniş etdi

19 Fevral 2020 12:52
0 Şərh     Baxış: 2 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "RusJet" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" sərnişin təyyarəsi "Vnukovo" hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.

Təyyarədə Almaniyadan işgüzar səfərdən qayıdan Rusiya Federasiyasının Sənaye və ticarət naziri Denis Manturov da olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Berlin-Moskva marşrutu ilə hərəkət edən təyyarədə uçuş zamanı nasazlıq siqnalı verilib. Təyyarə ön şassisi açıq vəziyyətdə ensə də, problem yaşanmayıb, eniş uğurlu olub.

Hadisə nəticəsində zərər çəkən olmayıb. 

Baş verənlərlə bağlı yoxlamalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.