Dünya

“Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı artıb

16 Fevral 2020 16:23
0 Şərh     Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karantin altında olan "Diamond Princess" kruiz gəmisində daha 70 nəfərin koronavirusa (COVID-19) yoluxduğu aşkarlanıb.

Milli.Az bildirir ki, APA-nın "Alman dağlası"na istinadən verdiyi məlumata görə, bunu Yaponiya Səhiyyə naziri Katsunobu Kato bildirib.

Bununla da gəmidə virusa yoluxanların sayı 355 nəfərə çatıb.

Qeyd edək ki, Yaponiyaya məxsus "Diamond Princess" kruz gəmisində 2500 turist və 1000 heyət üzvü var. Onların arasında Rusiya, Ukrayna və Almaniya vətəndaşları da yer alıb. Gəmi koronavirus aşkarlanan Honkonqa səfər etdikdən sonra karantin altına alınıb. Gəmi Yaponiyanın İokoqama limanındadır.

Karantin müddətinin fevralın 19-dək uzadılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.