Dünya

Əfqanıstanda hava hücumu zamanı azı 8 mülki vətəndaş ölüb

15 Fevral 2020 19:09
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda həyata keçirilən hava hücumu hamısı mülki vətəndaş olduğu güman edilən azı səkkiz nəfərin ölümünə səbəb olub. Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı ABŞ-ın Əfqanıstandakı qoşunlarını azaltması ilə əlaqədar Talibanla razılığa gəlmək "ehtimalının yüksək" olduğunu deyib.

ABŞ dövlət katibi Mayk Pompeo son günlərdə Talibanla sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olduğunu, müdafiə naziri Mark Esper isə Talibanın bir həftə zorakılıqların azaldılması ilə bağlı təklifi qəbul etdiyini bildirmişdi.

Lakin cümə günü Nangarhar vilayətində mülki şəxslərin olduğu nəqliyyat vasitəsi havadan hücuma məruz qalıb. Yerli sakinlərin dediyinə görə, biri uşaq olmaqla, 8 nəfər ölüb.

Nangarhar vilayəti qubernatorunun nümayəndəsi hadisəni təsdiqləsə də, qurbanlar kimliyi barədə məlumat verməyib.

Taliban sözçüsü Zabihulla Mücahid hücum zamanı 11 mülki vətəndaşın öldüyünü bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.