Dünya

Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar

15 Fevral 2020 12:14
0 Şərh     Baxış: 1 251
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çindən təxliyyə edilən ukraynalıları ölkə ərazisinə buraxmaq istəmirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kiyev vilayətinin Obuxovski rayon şurasının deputatları təcili iclas çağıraraq bu qərara gəliblər.

Onlar bu addımı yeni növ koronavirusun yerli sakinlər arasında yayılmasının qarşısını almaq üçün atdıqlarını bildiriblər.

Bununla bağlı məmurlar Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Ali Radanın "Xalqın xidmətçisi" partiyasının deputatı Aleksandr Dubinskiyə müraciət etməyi planlaşdırırlar.

Onlar Çinin Uhan şəhərindən təxliyyə olunan ukraynalıların Obuxovski rayonunda yerləşdirilməsindən imtina etmək istəyirlər.

Deputatların sözlərinə görə, ərazidə karantin üçün lazım olan tibb müəssisələri yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.