Dünya

İt dörd yaşlı uşağı didib öldürdü

13 Fevral 2020 09:16
2 Şərh     Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Xarkov vilayətində rotveyler cinsli it dörd yaşlı uşağa hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uşaq aldığı xəsarətlərdən yerindəcə keçinib.

Ev itinin sahibi nəvəsi ilə gəzintiyə çıxmazdan əvvəl onu bir neçə dəqiqəlik evin həyətində nəzarətsiz buraxıb.

Bu zaman it volyerindən çıxaraq uşağa hücum edib. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Uşağın yaxınlarının bildirdiyinə görə rotveylerin üç yaşı var.

Ailə iti təxminən bir ay öncə alıb və bu müddət ərzində rotveyler hansısa aqresiv hərəkət nümayiş etdirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.