Dünya

Hubeyde koronavirus qurbanlarının sayı 1310-a çatıb

13 Fevral 2020 07:55
0 Şərh     Baxış: 1 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Hubey vilayətində yeni koronavirusun yayılması nəticəsində xəstələrin sayı 48,2 min nəfəri keçib, onlardan 1310 nəfər həlak olub, 3441 nəfər sağalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bölgənin Gigiyena və sağlamlıq komitəsindən bildirilib.

Yenilənmiş məlumatlara görə, rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,7% təşkil edib (3,2% bir gün əvvəl).

Fevralın 12-də səhər saatlarında regional hakimiyyət orqanları 33,3 mindən çox xəstə, 1068 həlak olan və 2639 sağalanlar barədə məlumat verib.

Komitənin yaydığı açıqlamada qeyd olunub ki, xəstəliyin yayılmasının əsas mənbəyi hesab olunan Hubeyin inzibati mərkəzində Vuhan şəhərində yoluxanların sayı 32.9 min nəfəri keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.