Dünya

Rusiya Federal Penitensiar Xidmətinin sabiq rəhbəri məhkəmədə özünü öldürdü

12 Fevral 2020 18:04
0 Şərh     Baxış: 2 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın Çertanovski Rayon Məhkəməsində Rusiya Federal Penitensiar Xidmətin sabiq rəhbəri Viktor Sviridov iclas zalında intihar edib. O, silahla özünə atəş açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, V.Sviridova məhkəmədə qəsbetmə iddiası ilə hökm oxunacaqdı.

O, Federal Penitensiar Xidmətin sabiq rəis müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham olunurdu. Hakim Natalya Şabaşevanın müttəhimin məhkəmə zalında həbs olunması barədə qərarını elan etməsindən sonra V.Sviridov intihar edib.

V.Sviridov hadisə yerinə təcili tibbi yardım maşını gələnə qədər ölüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.