Dünya

Rusiya koronavirusdan xilas oldu

12 Fevral 2020 16:49
0 Şərh     Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 26-dan Rusiyanın Çita bölgəsində koronavirusdan müalicə alan Çin vətəndaşı xəstəxanadan evə buraxılıb.

"Standartlara və qaydalara uyğun olaraq, bütün lazımi diaqnostik və müalicə tədbirləri görüldü. Bu gün xəstə evə buraxıldı", - xəstəxananın baş həkimi Sergey Yurçuk bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, evə buraxılan kişinin həyat yoldaşı və qızı xəstə ilə təmasda olduqları üçün fevralın 14-nə qədər tibb müəssisəsində saxlanılacaqlar.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş digər bir xəstə - çinli tələbə də Tümen vilayətindəki xəstəxanada müalicəsini başa vuraraq evə buraxılmışdı. Bununla da Rusiyada yeni tip koronavirusa yoluxmuş hər iki xəstə sağlamlığına qovuşub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.