İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzaq hədəfləri vurmaq üçün istehsal olunan yeni nəsil raketi təqdim edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Raad" adlanan yeni silah ötən il təqdim edilən "Fatih" raketinin əsasında yaradılıb.
Təqdimat mərasimində SEPAH-ın komandanı general Hüseyn Səlami raket haqqında ətraflı məlumat verməyib. General nəzərə çatdırıb ki, yeni raket 200 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq imkanına malikdir.
Yeni raket SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verilib.
General bəyan edib ki, İranın Ali Rəhbərinin tövsiyəsinə uyğun olaraq, İran ordusu ildən-ilə arsenalını təkmilləşdirir.
Xatırladaq ki, Ali Rəhbər Əli Xamenei yüksək rütbəli zabitlərlə görüşdə demişdi ki, sülh istəyirsənsə müharibəyə hazır olmalısan.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                        .jpg) 
                         
                         
                        .jpg) 
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                    
                                    