İran yeni nəsil raket silahını təqdim edib

12 Fevral 2020 07:00

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzaq hədəfləri vurmaq üçün istehsal olunan yeni nəsil raketi təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Raad" adlanan yeni silah ötən il təqdim edilən "Fatih" raketinin əsasında yaradılıb.

Təqdimat mərasimində SEPAH-ın komandanı general Hüseyn Səlami raket haqqında ətraflı məlumat verməyib. General nəzərə çatdırıb ki, yeni raket 200 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq imkanına malikdir.

Yeni raket SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verilib.
General bəyan edib ki, İranın Ali Rəhbərinin tövsiyəsinə uyğun olaraq, İran ordusu ildən-ilə arsenalını təkmilləşdirir.

Xatırladaq ki, Ali Rəhbər Əli Xamenei yüksək rütbəli zabitlərlə görüşdə demişdi ki, sülh istəyirsənsə müharibəyə hazır olmalısan.

Milli.Az