Dünya

Kabildə universitet yaxınlığında partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB

11 Fevral 2020 09:18
0 Şərh     Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

09:18

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlərdən 3-ü hərbçi, 2-si isə dinc sakindir. Bildirilir ki, yaralananlar arasında da azı 1 dinc sakin var.

Qeyd edilir ki, Kabildə Marşal Fahim adına Milli Müdafiə Universiteti yaxınlığında baş verən partlayış terrorçu-intiharçı tərəfindən törədilib.

---------
08:02

Əfqanıstanın paytaxtı Kabildə hərbi universitet yaxınlığında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.