Dünya

Pelenin halı pisləşib - gəzə bilmir

11 Fevral 2020 08:08
0 Şərh     Baxış: 1 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya futbolunun canlı əfsanəsi Pelenin vəziyyəti yenidən pisləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "kral" ləqəbli futbolçu artıq addım atmaqda çətinlik çəkir.

Bunu Braziliya millisinin sabiq üzvünün oğlu Edinyo deyib. O bildirib ki, atası bütün gününü evdə keçirir: "Atam çox utancaqdır. Təsəvvür edin: o, kraldır və həmişə belə təsiredici bir sima olub, insanların yaddaşında bu cür qalmaq istəyir. Təəssüf ki, bu gün  normal gəzə bilmir. Çox utanır, belə vəziyyətdə də evdən çıxmaq istəmir".

Qeyd edək ki, 80 yaşlı Pele üçqat (1958, 1962, 1970) dünya çempionudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.