Dünya

Yerevanda marşrut sürücüləri tətil etdi

10 Fevral 2020 19:14
1 Şərh     Baxış: 1 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerevanda ondan çox marşrut xəttində işləyən 150 sürücü tətil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sürücülər əməkhaqlarının artırılmasını və gündəlik planın azaldılmasını tələb edir.

Onlar bildirir ki, sürücülərin gəlirləri yanacaq xərclərini qarşılamır.

Yerevan şəhər meriyası sürücülər və marşrut xətlərinin sahibləri ilə görüşdən sonra problemlərin 10 gün müddətində həll olunacağını deyib.

Danışıqlardan sonra işə qayıdan sürücülər problemlərin həll olunmayacağı təqdirdə Yerevanda ictimai nəqliyyat sistemini çökdürəcəklərini vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.