Dünya

Ermənistanda sabiq nazir 3,7 milyon dollar mənimsəməkdə ittiham edilir

8 Fevral 2020 22:43
0 Şərh     Baxış: 1 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan 1,747 milyard dram (təxminən 3,7 milyon dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytında deyilir.

Məlumatda bildirilir: "Ermənistanın sabiq maliyyə naziri öz müavini ilə ilkin razılığa girərək ölkənin gömrük sisteminin ehtiyacları üçün 2 milyard 282 milyon dram dəyərində 8500 elektron kilid alıb, halbuki cəmi 2000 kilidə ehtiyac olub. 2019-cu ilin oktyabr ayı üçün olan məlumatlara əsasən, cəmi 251 kilid istifadə edilib. Nəticədə dövlətə ciddi maddi ziyan vurulub".

Maliyyə nazirinin sabiq müavini də bu işə ittiham edilən qismində cəlb edilib. O, 2018-ci ildə ölkəni tərk etdiyinə görə beynəlxalq axtarışa verilib.

Ermənistanın sabiq maliyyə naziri avqustun 30-da həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.