Rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxslərin məhkəməsi keçirilir.
Milli.Az xəbər verir ki, rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər.
Bu barədə jurnalistə qarşı sui-qəsd cəhdi işi ilə bağlı məhkəmə prosesində məlum olub.
.jpg)
Məhkəmə iclası zamanı iş üzrə təqsirləndirilən şəxslərdən olan Andrey Pronskinin evində qeydə alınan səs yazısı səsləndirilib. Səs yazısında Solovyovun "Yandex yeda" ilə verdiyi sifarişin izlənilməsi, sifarişin ələ keçirilərək ona zəhər qatılması planlaşdırıldığı bildirilib.
Ümumilikdə iş üzrə 7 nəfər ittiham edilir, daha 1 nəfər isə anlaqsız hesab edilərək məcburi müalicəyə göndərilib.
Milli.Az





