Şou-biznes

Mənzurənin mərhum türk müğənnini lağa qoyması QINANDI - VİDEO

26 Noyabr 2025 17:25
Baxış: 75
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mənzurə Musayeva türkiyəli mərhum sənətçi İbrahim Erkal haqqında verilən sualı cavablandırarkən onu tanımadığını bildirməsi və həmin an aparıcı ilə birlikdə gülməsi sosial şəbəkədə böyük narazılıq doğurub.

Milli.Az xəbər verir ki, veriliş zamanı mərhum müğənninin adının çəkilməsinə baxmayaraq Musayevanın tərəddüd etməsi və sanki məsxərəyə qoyarmış kimi münasibət göstərməsi izləyicilərin qıcığına səbəb olub.

Sosial media istifadəçiləri sənətçinin bu davranışını hörmətsiz və yersiz adlandıraraq tənqid ediblər.

Qeyd edək ki, İbrahim Erkal Türkiyənin sevilən ifaçılarından biri olub və öz dövründə Azərbaycan auditoriyası tərəfindən də tanınıb və dinlənilib. Bu səbəbdən Musayevanın reaksiyası izləyicilər arasında geniş müzakirələrə yol açıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.