Müğənni Mənzurə Musayeva türkiyəli mərhum sənətçi İbrahim Erkal haqqında verilən sualı cavablandırarkən onu tanımadığını bildirməsi və həmin an aparıcı ilə birlikdə gülməsi sosial şəbəkədə böyük narazılıq doğurub.
Milli.Az xəbər verir ki, veriliş zamanı mərhum müğənninin adının çəkilməsinə baxmayaraq Musayevanın tərəddüd etməsi və sanki məsxərəyə qoyarmış kimi münasibət göstərməsi izləyicilərin qıcığına səbəb olub.
Sosial media istifadəçiləri sənətçinin bu davranışını hörmətsiz və yersiz adlandıraraq tənqid ediblər.
Qeyd edək ki, İbrahim Erkal Türkiyənin sevilən ifaçılarından biri olub və öz dövründə Azərbaycan auditoriyası tərəfindən də tanınıb və dinlənilib. Bu səbəbdən Musayevanın reaksiyası izləyicilər arasında geniş müzakirələrə yol açıb.
Musa
Milli.Az