Dünya

Ağ Ev yaxınlığında Milli Qvardiya əsgərlərinə silahlı hücum

27 Noyabr 2025 00:30
Baxış: 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Ev yaxınlığında silahlı hücum törədilib. Hücum zamanı 2 Milli Qvardiya əsgərinin ağır yaralandığı bildirilir. Hücum edən şəxs isə yaralı vəziyyətdə ələ keçirilib. Təhlükəsizlik səbəbi ilə Ağ Evin giriş-çıxışları bağlanıb. 

Milli.Az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem açıqlama verib. Noem, hücum zamanı iki əsgərin güllələndiyini və vəziyyətlərinin ağır olduğunu bildirib. 

Küçələr və səkilər piyada və nəqliyyat hərəkətinə tamamilə bağlanıb. Jurnalistlər Ağ Ev içindəki brifinq otağına keçiblər. Ağ Ev təhlükəsizlik məqsədilə tam bağlanıb.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında mövzu ilə bağlı açıqlama verərək bunları bildirib: "İki Milli Qvardiya əsgərini vuraraq onların hər ikisinin vəziyyətinin kritikləşməsinə və iki ayrı xəstəxanəyə aparılmasına səbəb olan o heyvan da ağır şəkildə yaralanıb; lakin bunun əvəzini ödəyəcək."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.